ABŞ Rusiyanın qarşısında şərt qoydu

Dünya xəbərləri Materials 1 Sentyabr 2026 13:19 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Rusiya-Ukrayna müharibəsi başa çatmayana qədər Rusiya ilə iqtisadi güzəştləri və ya hər hansı digər razılaşmaları müzakirə etməyə hazır deyil.

Bu barədə "Reuters" ABŞ maliyyə naziri Skott Bessentlə Rusiyanın maliyyə naziri Anton Siluanov arasında keçirilən ikitərəfli görüşün nəticələri ilə bağlı məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Mənbənin məlumatına görə, Siluanov “qarşılıqlı maraq doğuran sahələri” müzakirə etməyə cəhd göstərdikdə, Bessent onun sözünü kəsərək "münaqişə başa çatmayana qədər heç nə mümkün deyil”,-deyə bildirib.

Bundan əlavə, ABŞ rəsmisi anonimlik şərti ilə agentliyə bildirib ki, görüşdə əsas diqqət Prezident Donald Trampın Ukrayna ilə bağlı sülh planına yönəlib.

Görüş bir gün əvvəl ABŞ-nin Aşvill şəhərində keçirilib. Görüşün davamının sentyabrın 1-də keçirilməsi planlaşdırılır. Rusiyanın Maliyyə Nazirliyinin yaydığı məlumata görə, tərəflər maliyyə istiqamətində Rusiya-Amerika əməkdaşlığı məsələlərini, eləcə də G20 çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti