Bakı. Trend:
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ-nin “Şahzadə Həsən” aviabazasında RQ-4 və MQ-9 pilotsuz uçuş aparatlarının yerləşdiyi anqarlara zərbə endirib.
Bu barədə SEPAH-ın bəyanatında bildrilib.
“İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri İordaniyada yerləşən ABŞ-nin “Şahzadə Həsən” aviabazasındakı RQ-4 və MQ-9 kəşfiyyat-zərbə PUA-larının yerləşdiyi anqarlara ballistik raketlərlə genişmiqyaslı zərbələr endirib. Nəticədə bir neçə pilotsuz uçuş aparatı məhv edilib”, - deyə bəyanatda bildirilib.
İran tərəfi həmçinin hücum zamanı bir neçə pilotun və texniki heyət əməkdaşının həlak olduğunu iddia edir. Daha əvvəl SEPAH İordaniyada yerləşən ABŞ-nin “Kemp Titin” bazasına zərbə endirərək çox sayda amerikalı hərbçini məhv etdiyini açıqlayıb.