Bakı. Trend:
Küveytin hava hücumundan müdafiə sistemləri əmirliyin səmasında düşmən hədəflərini zərərsizləşdirir.
Bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
“Hazırda Küveytin hava hücumundan müdafiə sistemləri düşmən pilotsuz uçuş aparatlarının hücumlarını dəf edir”, - deyə bəyanatda bildirilib.
Baş Qərargah vurğulayıb ki, pilotsuz uçuş aparatları İrandan buraxılıb. Qurum qeyd edib ki, əmirlik ərazisində eşidilə biləcək partlayış səsləri hava hücumundan müdafiə qüvvələrinin fəaliyyətinin nəticəsidir.