Qətər və BƏƏ mayeləşdirilmiş təbii qazın Hörmüzdən yan keçməklə Asiyaya ixracına başlayıb

Dünya xəbərləri Materials 2 Sentyabr 2026 12:41 (UTC +04:00)
Qətər və BƏƏ mayeləşdirilmiş təbii qazın Hörmüzdən yan keçməklə Asiyaya ixracına başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qətər və BƏƏ-də gəmiçilik üçün yaranan risklər səbəbindən Hörmüz boğazından yan keçməklə mayeləşdirilmiş təbii qazın (LNG) gəmidən-gəmiyə (ship-to-ship) üsulu ilə yüklənməsinə başlanılıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, son həftələrdə üç LNG tankeri yükü Hindistan və Yaponiyaya çatdırılmaq üçün gəmidən-gəmiyə üsulu ilə ötürüb. Avqustun sonunda Oman sahillərində iyul ayında hücuma məruz qalan “GasLog Shanghai” tankeri yükünü “GasLog Savannah” tankerinə ötürüb. Avqustun ortalarında isə BƏƏ-nin şərq sahillərində, boğazın yaxınlığında atəşə tutulan “Al Rekayyat” tankeri yükünü Hindistana çatdırılmaq üçün Tembek tankerinə verib. Üçüncü tanker “Mraweh” isə Oman sahillərində yükünü “LNG Enugu” tankerinə ötürüb, bundan sonra gəmi Yaponiyaya istiqamət alıb.

LNG-nin gəmidən-gəmiyə üsulu ilə ötürülməsi nadir hallarda tətbiq olunan praktikadır. Lakin Hörmüz boğazında gəmiçilik demək olar ki, bloklandığından Asiyada LNG qiymətləri son beş ayın ən yüksək səviyyəsinə yüksəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti