"Trabzonspor" braziliyalı futbolçu ilə razılaşdı

İdman Materials 3 Sentyabr 2026 02:11 (UTC +04:00)
"Trabzonspor" braziliyalı futbolçu ilə razılaşdı

Bakı. Trend:

Riçarlison “Trabzonspor”la müqavilənin şəxsi şərtlərini razılaşdırıb.

Fabritsio Romanonun məlumatına görə, Türkiyə klubuna keçəcəyi təqdirdə hücumçu “Tottenhem”də qazandığından 3 dəfə çox maaş alacaq.

Bildirilir ki, “Tottenhem” artıq “Trabzonspor”un 15 və 20 milyon funt-sterlinq məbləğində etdiyi iki təklifi rədd edib. Türkiyə klubu yaxın zamanda daha bir təklif göndərəcək.

Xatırladaq ki, daha əvvəl “Trabzonspor”a “Liverpul”un sabiq futbolçuları Məhəmməd Salah və Fabinyo keçiblər.

Riçarlison ötən mövsüm APL-də 29 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti