Bakı.Trend:
“Google Chrome” Azərbaycanda populyarlığına görə liderliyini qoruyur.
Trend agentliyinin Global Stats Statistika Mərkəzinin məlumatları əsasında apardığı hesablamalara görə, avqust ayında “Google Chrome”un bazar payı 80,48 faiz təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,22 faiz bəndi azdır.
Qeyd olunur ki, hesabat dövründə “Safari” internet brauzerinin Azərbaycan bazarındakı payı 7,45 faiz təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 0,35 faiz bəndi artıb.
"Global Stats"ın məlumatları göstərir ki, siyahıda növbəti "Firefox" internet brauzeri gəlir. Mərkəzin məlumatına görə, bu brauzerin Azərbaycan bazarındakı payı 0,11 faiz bəndi artaraq 4,82 faizə çatıb.
Global Stats Statistika Mərkəzinin məlumatına əsasən, hesabat dövründə "Samsung" internet brauzerinin payı 0,99 faiz bəndi azalaraq 3,67 faizə, "Edge" brauzerinin payı isə 0,58 faiz bəndi artaraq 1,91 faizə düşüb.
Bildirilir ki, hesabat dövründə "Opera" internet brauzerinin bazar payı 0,05 faiz bəndi artaraq 1,04 faiz təşkil edib. Agentliyin hesablamalarına görə, bu ilin avqust ayında "Brave" internet brauzerinin payı əvvəlki ayla müqayisədə dəyişməyərək 0,14 faiz təşkil edib.
Xatırladaq ki, "Chrome for Developers" saytında yerləşdirilən məlumata əsasən, 2026-cı ilin sentyabrından etibarən "Chrome" brauzeri yeni versiyaların buraxılışını dörd həftəlik dövrdən iki həftəlik dövrə keçirəcək.
