BMT-nin Baş katibi Trampla görüşəcək

Dünya xəbərləri Materials 2 Sentyabr 2026 23:06 (UTC +04:00)
BMT-nin Baş katibi Trampla görüşəcək

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreşin ABŞ Prezidenti Donald Trampla BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində görüşü hələlik rəsmi olaraq planlaşdırılmayıb. Bununla belə, görüşün baş tutacağına şübhə yoxdur.

Bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib.

O, müvafiq suala cavab olaraq deyib: “Şübhə etmirəm ki, o, bunu edəcək. Çünki Baş katib həmişə ev sahibi ölkənin prezidenti ilə görüşür. Adətən bu görüş BMT Baş Assambleyasının ümumi müzakirələrinin ilk günü keçirilir”.

BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələri sentyabrın 22-26-da və 28-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti