ABŞ və İran danışıqları bərpa etməlidirlər - Yaponiyanın Nazirlər Kabineti

Dünya xəbərləri Materials 2 Sentyabr 2026 08:43 (UTC +04:00)
ABŞ və İran danışıqları bərpa etməlidirlər - Yaponiyanın Nazirlər Kabineti

Bakı. Trend:

Yaponiya hökuməti ABŞ və İran arasında gərginliyin mümkün qədər tez azaldılmasının, həmçinin iki ölkə arasında danışıqların bərpa edilməsinin zəruri olduğunu hesab edir.

Bunu Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib.

“ABŞ və İran arasında hərbi gərginliyin yenidən artmasından, eləcə də regionda, o cümlədən Hörmüz boğazında vəziyyətin pisləşməsindən ciddi narahatıq”, - deyə o bildirib. “Hazırda ən vacib məsələ mümkün qədər tez deeskalasiyaya nail olmaq, Hörmüz boğazında sərbəst və təhlükəsiz gəmiçiliyi bərpa etmək, ABŞ və İran arasında danışıqları yenidən başlatmaq, həmçinin nüvə problemi də daxil olmaqla, yekun razılaşmaya mümkün qədər tez nail olmaqdır”, - deyə Kihara əlavə edib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı sentyabrın 1-də İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini açıqlayıb. İran isə Yaxın Şərqdəki ABŞ bazalarına cavab zərbələri endirdiyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti