Tramp Venesuelada seçkilərin keçirilməsini istədiyini bildirib

Dünya xəbərləri Materials 2 Sentyabr 2026 23:43 (UTC +04:00)
Tramp Venesuelada seçkilərin keçirilməsini istədiyini bildirib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Venesuelada seçkilərin keçirilməsini istədiklərini, lakin ölkənin hələlik buna hazır olmadığını bildirib.

Tramp bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

ABŞ lideri Venesuelada seçkilərin keçirilməsi üçün konkret tarix tələb etməmələrinin səbəbi ilə bağlı suala cavabında “Düşünürəm ki, onlar hələ hazır deyillər”, - deyə bildirib.

“Biz bunu istəyirik, onlar bunu istəyirlər, Venesuelanın səlahiyyətli Prezidenti Del¬si Rodriqes də bunu istəyir. Lakin onlar hələ hazır deyillər”, - deyə Tramp əlavə edib.

Xəbər lenti

Xəbər lenti