“Boeing” 3,1 milyon dollar cərimə ödəyib

Dünya xəbərləri Materials 3 Sentyabr 2026 01:33 (UTC +04:00)
“Boeing” 3,1 milyon dollar cərimə ödəyib

Bakı. Trend:

“Boeing” şirkəti genişmiqyaslı təhlükəsizlik pozuntularına görə ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) 3,1 milyon dollar cərimə ödəyib.

Bu barədə “Reuters” agentliyinə FAA-dan bildirilib. Cərimə 2025-ci ilin sentyabrında təklif edilib və şirkət tərəfindən 2026-cı ilin yanvarında ödənilib. Bu barədə məlumat ictimaiyyətə əvvəllər açıqlanmayıb.

FAA-nın məlumatına görə, pozuntular arasında 2024-cü ilin yanvarında “Alaska Airlines” aviaşirkətinin “Boeing 737 MAX 9” təyyarəsində baş verən və gövdənin bir hissəsinin uçuş zamanı qopması ilə nəticələnən insidentlə bağlı hallar da olub.

Agentlik, həmçinin “Boeing” şirkətinin təhlükəsizlik üzrə məsul əməkdaşların müstəqilliyinə müdaxilə etdiyini bildirib. FAA 2023-cü ilin sentyabrından 2024-cü ilin fevralınadək şirkətin istehsal müəssisələrində yüzlərlə keyfiyyət pozuntusu müəyyən edib.

Xəbər lenti

Xəbər lenti