Bakı.Trend:
Ermənistanın yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) üzv olmaq istəyi aradan qalxa bilər.
Rusiya KİV-nin məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şərq İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı özünün uzaqgörən olmayan qərarları səbəbindən iqtisadi üstünlüklərini itirir.
“Serb dostlarımız, elə indi burada erməni həmkarlarımız hələ də deyirlər ki, biz Avropa İttifaqına üzv olmaq istəyirik. Əminəm ki, onlar bu həvəsi çox tezliklə itirəcəklər”, – deyə Lavrov bildirib.
