Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

Siyasət Materials 3 Sentyabr 2026 11:34 (UTC +04:00)
Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Litva Respublikasının xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı zaman söhbət aparılıb.

Telefon danışığı zamanı Azərbaycan-Litva ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun davam etdirilməsinin, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Telefon danışığı zamanı həmçinin çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Kestutis Budris Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrliyə hazırlığı barədə məlumat verib. Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində Litvanın qarşıdan gələn sədrliyi dövründə bir sıra istiqamətlər üzrə səylər barədə fikir mübadiləsi aparılıb.

Nazirlər eyni zamanda regional təhlükəsizlik məsələlərini, Cənubi Qafqazda mövcud vəziyyət və regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində görülən işləri, eləcə də qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələləri müzakirə ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti