Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Yaşıl iqtisadiyyat Materials 3 Sentyabr 2026 12:06 (UTC +04:00)
Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

“AzərEnerji” ASC və Çinin “Universal Energy” şirkəti arasında əməkdaşlıq müzakirə olunub.

Bu barədə “AzərEnerji” ASC məlumat yayıb.

Bildirilib ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevlə Çinin “Universal Energy” şirkətinin baş icraçı direktoru Yi Nan arasında görüş keçirilib.

Görüş zamanı bərpa olunan enerji sahəsində əməkdaşlıq, Çin enerji şirkətlərinin Azərbaycandakı fəaliyyəti, eləcə də əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Tərəflər enerji sektorunda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apararaq, əməkdaşlığın genişləndirilməsi istiqamətində imkanları nəzərdən keçiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti