ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb (FOTO)

Dünya xəbərləri Materials 3 Sentyabr 2026 10:30 (UTC +04:00)
ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-də ölkənin prezidenti Donald Trampın sikkələri dövriyyəyə buraxılıb.

Bu barədə ABŞ Zərbxanasının (US Mint) mətbuat xidməti məlumat yayıb.

Sikkələri zərbxananın rəsmi internet saytında satışa təqdim olunur. Yüz sikkədən ibarət dəstin qiyməti 154 ABŞ dollarıdır.

Sikkənin ön tərəfində Ağ Ev rəhbərinin önə baxan portreti, həmçinin ABŞ sikkələri üçün xarakterik olan "LIBERTY" yəni "Azadlıq", "IN GOD WE TRUST" – "Tanrıya güvənirik" şüarları və “1776-2026” yubiley tarixi həkk olunub.

Arxa tərəfində ABŞ Prezidentinin möhürü — zeytun budağı və oxlar tutan qartal təsvir olunub. Qalxanın üzərində ABŞ müstəqilliyinin 250 illiyi münasibətilə «250» rəqəmi yerləşdirilib. Sikkənin üzərində həmçinin "UNITED STATES OF AMERICA", "ONE DOLLAR" və "E PLURIBUS UNUM" yazıları da mövcuddur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti