Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “İşgüzar Kredit İttifaqı” MMC-nin kredit ittifaqı kimi fəaliyyət göstərməsi üçün verilmiş lisenziya ləğv edilib.
Bu barədə AMB məlumat yayıb.
Qərardan sonra Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən kredit ittifaqlarının sayı 35-ə düşüb.
Hələ ötən il sözügedən kredit ittifaqında aparılmış yoxlamalar zamanı 2024-cü il üzrə kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarınının AMB-yə təqdim edilməməsi məlum olub.
Belə ki, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinə əsasən kredit ittifaqları maliyyə hesabatlarını kənar auditdən keçirməlidir. “İşgüzar Kredit İttifaqı”nın 2024-cü il üzrə kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etməməsi həmin tələbin pozulması ilə nəticələnib.
Bununla əlaqədar AMB ötən ilin iyun ayında kredit ittifaqına icrası məcburi olan göstəriş verib. Göstərişə əsasən, 2024-cü il üzrə maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə bu barədə AMB-yə rəsmi məlumat verilməsi tələb olunub.
“İşgüzar Kredit İttifaqı” MMC 2010-cu ildə yaradılıb və Bakıda fəaliyyət göstərib. Kredit ittifaqının nizamnamə kapitalı 4 min manatdır.
Qeyd edək ki, kredit ittifaqı fiziki şəxslərin və kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini birləşdirərək qarşılıqlı kreditləşmə məqsədilə yaratdıqları bank olmayan kredit təşkilatıdır.
Hazırda Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən kredit ittifaqları aşağıdakılardır:
- Aqil Kredit İttifaqı
- Aqra-Kredit İttifaqı
- AQRO Kredit İttifaqı
- ARAN Kredit İttifaqı
- Aşıxlı Kredit İttifaqı
- Bərəkət Kredit İttifaqı
- DOSTLAR MM Kredit İttifaqı
- El gücü Kredit İttifaqı
- ELİT Kredit İttifaqı
- Əmanət Kredit İttifaqı
- FİNANS Kredit İttifaqı
- Hacı Kredit İttifaqı
- Hacıoğlu Kredit İttifaqı
- Hikmət Ziya Kredit İttifaqı
- Hindarx Kredit İttifaqı
- İDEAL KREDO Kredit İttifaqı
- Kapital Kredit İttifaqı
- İsmayıl Kredit İttifaqı
- İst İnvest Kredit İttifaqı
- Ləman Kredit İttifaqı
- Masallı Kredit İttifaqı
- Nərgiz Kredit İttifaqı
- Prins Kredit İttifaqı
- Qovlar Kredit İttifaqı
- REFINANCE Kredit İttifaqı
- Sevinc Kredit İttifaqı
- Stimul Kredit İttifaqı
- TAC Kredit İttifaqı
- Tərəqqi Kredit İttifaqı
- Tovuz Kredit İttifaqı
- Xəzər Kredit İttifaqı
- Yeni Daşkənd Kredit İttifaqı
- Zirvə Kredit İttifaqı
- Total Finans Kredit İttifaqı
- İnvestra Kredit İttifaqı
