Bakı. Trend:
Rusiyanın hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik
Ermənistan KİV yayılan məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Bişkekdə keçirilən görüşdə Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində mövcudluğu məsələsi müzakirə olunmayıb.
“102-ci hərbi baza ilə bağlı heç bir müzakirə aparılmayıb. Biz bu müddət ərzində heç vaxt bu məsələni qaldırmamışıq. Həmçinin Ermənistan ərazisində 102-ci hərbi bazanın mövcudluğunun həyati əhəmiyyətli olduğunu hesab etmirik.”, -deyə Paşinyan jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Paşinyan vurğulayıb ki, Rusiya bazanı Ermənistandan çıxarmaq qərarına gəlsə, İrəvan buna etiraz etməyəcək.
“Əgər qalmaq istədiklərini bildirsələr, bunu da müzakirə etməyə hazırıq. Lakin biz heç vaxt belə bir məsələ qaldırmamışıq”, – Paşinyan əlavə edib.
Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası 1995-ci ildən Ermənistanın şimalındakı Gümrü şəhərində yerləşir. 2011-ci ildə bazanın respublikada qalma müddəti 2044-cü ilədək uzadılıb.
