Putin rusiyalıları yanacaq qıtlığına hazır olmağa çağırıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2026 16:58 (UTC +04:00)
Putin rusiyalıları yanacaq qıtlığına hazır olmağa çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumları səbəbindən Rusiya vətəndaşları davamlı benzin qıtlığına hazır olmalıdırlar.

Rusiya KİV-nin məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin danışıb.

Putin cümə axşamı Şərq İqtisadi Forumunda çıxış edərkən bildirib ki, Rusiya hakimiyyəti enerji infrastrukturuna silsilə hücumlara hazır olmayıb. Bu hücumlar neft məhsullarının istehsalının kəskin azalmasına səbəb olub və müasir tarixdə ölkənin ən ciddi yanacaq böhranlarından birini yaradıb.

“Biz ondan çıxış edirdik ki, bunlar sırf mülki obyektlərdir və hətta silahlı münaqişə şəraitində belə hər hansı hücumun hədəfi ola bilməz. Lakin bu məsələdə biz yanıldıq. Təəssüf ki, qarşı tərəf fərqli düşünür”, – Putin deyib.

Moderatorun rusiyalıların benzin qıtlığına öyrəşməli olub-olmadıqları barədə sualına Putin “Biz hər şeyə hazır olmalıyıq” cavabını verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti