Pit Heqsetin kanadalı hərbçi qadının görünüşü ilə bağlı təhqiramiz şərhi qalmaqala səbəb olub (FOTO)

Dünya xəbərləri Xəbər 4 Sentyabr 2026 02:36 (UTC +04:00)
Pit Heqsetin kanadalı hərbçi qadının görünüşü ilə bağlı təhqiramiz şərhi qalmaqala səbəb olub (FOTO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ müdafiə naziri Pit Heqsetin sosial şəbəkədəki paylaşımı Kanadada ciddi tənqidlərə səbəb olub.

Heqset bazar ertəsi "X" sosial şəbəkəsində artıq çəkisi olan kanadalı hərbçi qadının fotosunu paylaşıb. O, fotoya Kanada bayrağı emojisi ilə birlikdə istehzalı şəkildə “This is real” ("Bu, gerçəkdir") şərhini yazıb. Bir çox internet istifadəçisi bu paylaşımı artıq çəkili insanları təhqir edən istehza kimi qiymətləndirib.

Fotoda hərbçi qadının Vernon şəhərindəki kursantların təlim mərkəzində bir gənc qıza medal təqdim etdiyi görünür. Paylaşım, proqramı dəstəkləyən Kanada Ordusu Kursantları Liqası da daxil olmaqla, geniş narazılığa səbəb olub.

"Təkmilləşməyə və öz icmalarına xidmət etməyə çalışan gənclər haqqında təhqiramiz ifadələr işlətmək qəbuledilməzdir", – təşkilat bəyan edib.

Hadisə ABŞ tərəfindən Kanadaya qarşı səsləndirilən bir sıra mübahisəli fikirlər fonunda baş verib. ABŞ-nin Ottavadakı səfiri Pit Hukstra bir neçə ay əvvəl Kanadanın ABŞ-yə birləşdirilməsinin “müzakirə etmək üçün əla mövzu” olacağını bildirmişdi.

Kanadanın Baş naziri Mark Karni Tramp administrasiyasının üzvləri tərəfindən ölkəsinə qarşı mütəmadi səsləndirilən bu cür fikirləri pisləyərək onları “tutduqları vəzifəyə yaraşmayan” ifadələr adlandırıb.

“Amerikalılar memlər paylaşmağı, atmaca atmağı və özlərini sərt göstərməyə çalışmağı dayandırıb bu müzakirələrə ciddi yanaşmağa başlayanda, biz bu məsələləri müzakirə edə biləcəyik”, – deyə o bildirib.

"Radio-Canada"nın məlumatına görə, Kanadanın müdafiə qərargahının rəisi general Cenni Karinyan Pit Heqsetdən üzr istəməsini tələb etməyib. Bununla belə, o, paylaşımın hədəfi olan hərbçi qadının bu məsələ ilə bağlı fikrini öyrənməyə hazır olduğunu bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti