ATƏT PA prezidenti minatəmizləmə sahəsində Azərbaycana beynəlxalq dəstəyin gücləndirilməsi ilə bağlı çağırış edib (ÖZƏL)

Siyasət Materials 3 Sentyabr 2026 20:58 (UTC +04:00)
ATƏT PA prezidenti minatəmizləmə sahəsində Azərbaycana beynəlxalq dəstəyin gücləndirilməsi ilə bağlı çağırış edib (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın minatəmizləmə sahəsində beynəlxalq təcrübəyə, texnologiyalara və donor dəstəyinə daha geniş çıxış imkanına ehtiyacı var.

Bu barədə bu gün Bakıya səfər edən ATƏT Parlament Assambleyasının (ATƏT PA) prezidenti Pere Joan Pons Sampietro Trend-ə eksklüziv müsahibəsində bildirib.

ATƏT PA-nın prezidenti qeyd edib ki, minalar münaqişənin təcili və davamlı beynəlxalq diqqət tələb edən faciəvi uzunmüddətli nəticəsidir.

"Azərbaycan ərazisinin minalar və digər partlamamış hərbi sursatlarla çirklənməsinin miqyası hələ də ciddi humanitar problem və inkişaf üçün maneə olaraq qalır. Bu həftə keçirilən ANAMA konfransı əyani şəkildə göstərdi ki, minatəmizləmə yalnız texniki məsələ deyil: söhbət mülki əhalinin təhlükəsizliyindən, insanların geri qayıtmasından, bərpadan və dolanışıq vasitələrinin təmin edilməsindən gedir ki, bu da, şübhəsiz, iqtisadi inkişaf üçün əsas əhəmiyyət daşıyır", - deyə o bildirib.

Sampietro hesab edir ki, beynəlxalq əməkdaşlıq prinsipial əhəmiyyət daşıyır.

"Azərbaycan minatəmizləmə və bərpa işləri davam etdikcə beynəlxalq təcrübədən, texnologiyalardan və donor dəstəyindən daha geniş şəkildə yararlanmaq imkanına malik olmalıdır. Bizim Assambleyamız bu məsələlərə beynəlxalq gündəmdə diqqətin qorunması və ölkələrimiz arasında gələcək əməkdaşlıq imkanlarının yaradılması üçün mühüm platformadır", - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti