Bakı. Trend:
Kriptovalyuta bazarında əsas rəqəmsal aktivlərin son qiymətləri və həftəlik dəyişimi açıqlanıb.
Dünya kriptovalyuta birjasının məlumatına əsasən, bazar kapitallaşmasına görə ən böyük kriptovalyuta olan “Bitcoin”in qiyməti son bir həftə ərzində 0,96% artaraq 80 892 ABŞ dollarına çatıb.
“Ethereum”un qiyməti isə həftə ərzində 0,02% yüksələrək 2 514 dollar təşkil edib.
Digər əsas kriptovalyutalar arasında “BNB” 1,15% bahalaşaraq 721,30 dollara, “XRP” 1,15% artaraq 1,4506 dollara, “Hyperliquid” isə 2,85% yüksələrək 86,1560 dollara çatıb.
Bununla yanaşı, “Solana”nın qiyməti 3,57% azalaraq 103,938 dollar, “TRON”un qiyməti 3,48% geriləyərək 0,328416 dollar, “Dogecoin”in qiyməti isə 1,72% azalaraq 0,087254 dollar olub.
Ən yüksək həftəlik artım “Zcash” üzrə qeydə alınıb. Belə ki, onun qiyməti 19,72% artaraq 967,88 dollara yüksəlib.
Stabilkoinlərdən “Tether USDt”in qiyməti 0,01% azalaraq 1 dollar, “USDC”nin qiyməti isə dəyişməyərək 1 dollar səviyyəsində qalıb.
Kriptovalyutaların son bir həftəyə nəzərən qiymət dəyişimi:
|
Adı |
Dəyəri (min ABŞ dolları) |
Son 1 həftədə dəyişimi |
|
Bitcoin |
80.892 |
+0.96% |
|
Ethereum |
2.514 |
+0.02% |
|
Tether USDt |
1.0000 |
-0.01% |
|
BNB |
721.30 |
+1.15% |
|
XRP |
1.4506 |
+1.15% |
|
USDC |
1.0000 |
+0.00% |
|
Solana |
103.938 |
-3.57% |
|
TRON |
0.328416 |
-3.48% |
|
Hyperliquid |
86.1560 |
+2.85% |
|
Zcach |
967.88 |
+19.72% |
|
Dogecoin |
0.087254 |
-1.72% |
Kriptovalyuta bazarındakı dinamika qlobal maliyyə bazarlarında investorların risk iştahı ilə yanaşı, geosiyasi proseslər və enerji bazarındakı dəyişikliklər fonunda formalaşır.
“Trading Economics”in məlumatına görə, cümə günü xam neftin qiyməti bir barel üçün 92 dollara yaxınlaşıb. Neftin qiyməti Yaxın Şərqdə yenidən başlayan hərbi əməliyyatlar və Hörmüz boğazından gəmiçiliklə bağlı artan qeyri-müəyyənlik fonunda bu həftəni təxminən 10%-lik artımla başa vurmağa hazırlaşır.
"ABŞ bu həftə təxminən bir aylıq nisbi sakitlikdən sonra İrana qarşı yeni zərbələr endirib. Buna cavab olaraq Tehran regiondakı ABŞ bazalarını və Hörmüz boğazından keçən gəmiləri hədəfə alıb.
Çərşənbə günü Hörmüz boğazından altı yük gəmisi keçib. Bu göstərici çərşənbə axşamı qeydə alınan 11 gəmidən və son 10 gün üzrə orta göstərici olan təxminən 13 gəmidən aşağıdır.
Yaxın Şərqdə və Rusiyada neft emalı zavodlarına dəyən zərər, eləcə də tədarükdə yaranan fasilələri kompensasiya etmək üçün digər regionlarda imkanların məhdud olması qlobal yanacaq qiymətlərinin gələn ilədək yüksək səviyyədə qalmasına səbəb ola bilər.
Bu həftə ABŞ-də dizel yanacağının qiyməti 2022-ci ilin ortalarından bəri ən yüksək səviyyəyə çatıb. Avropada isə yanacaq ehtiyatları mövsümi normalardan xeyli aşağı olaraq qalır", - məlumatda qeyd edilib.
Beləliklə, enerji bazarında təchizat risklərinin artması və geosiyasi qeyri-müəyyənliyin güclənməsi qlobal maliyyə bazarlarında da diqqət mərkəzində qalır. Bu şəraitdə kriptovalyuta bazarında əsas aktivlərin hərəkəti isə bir-birindən fərqli dinamika nümayiş etdirir: “Bitcoin” və “Ethereum” həftəni cüzi artımla keçirsə də, “Solana” və “TRON” kimi aktivlərdə ucuzlaşma qeydə alınıb.
