Böyük Britaniyadan əhaliyə xəbərdarlıq: "El-Nino" səbəbilə evinizdə ərzaq ehtiyatı görün

Dünya xəbərləri Materials 4 Sentyabr 2026 14:40 (UTC +04:00)
Böyük Britaniyadan əhaliyə xəbərdarlıq: "El-Nino" səbəbilə evinizdə ərzaq ehtiyatı görün
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının (BMT) son min ilin ən güclü “El-Nino” hava hadisəsinin yaxınlaşdığı barədə xəbərdarlığından sonra Britaniya hökuməti vətəndaşlarına müraciət edib.

Böyük Britaniya mediasnın məlumatına görə, hökumət elektrik və su kəsintilərinə qarşı evlərdə bir neçə günə yetəcək qədər ərzaq və su saxlanılması barədə çağırışı edib.

Meteoroloqlar dünya üzrə quraqlıq, meşə yanğınları və daşqınlara səbəb olan bu təbiət hadisəsinin Böyük Britaniyada şiddətli fırtınalarla müşayiət olunan həddindən artıq yağışlı qış mövsümünü alovlandıracağını bildirirlər.

Böyük Britaniyanın ətraf mühit naziri Angela İql ölkənin fırtınalı və çətin bir qış keçirmə ehtimalının çox yüksək olduğunu vurğulayıb. O, əhalinin milli fövqəladə hallara qarşı daha dözümlü olmasının və təməl ehtiyac mallarını evlərində hazır saxlamasının vacibliyini qeyd edib.

Böyük Britaniya Nazirlər Kabineti Ofisi önümüzdəki aylarda ev təsərrüfatlarının konservləşdirilmiş qida ehtiyatı toplamalarını və fövqəladə hallara hazırlaşmalarını təşviq edən genişmiqyaslı maarifləndirmə kampaniyasına başlayacaq.

Nazir İql təcili yardım briqadaları çatana qədər vətəndaşların həyatda qala bilməsi üçün bir neçə günlük ərzaq və təmiz su ehtiyatı yığmasının həyati əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Qeyd edilir ki, Sakit okeandakı külək dəyişikliklərinin dəniz səthini qızdırması ilə atmosferə böyük miqdarda enerjinin ötürülməsinə səbəb olan "El-Nino" qlobal istiləşmə ilə birləşərək 2027-ci ili bəşəriyyət tarixinin qeydə alınmış ən isti ilinə çevirə bilər.

Ümumdünya Meteorologiya Təşkilatı "El-Nino"nun dünya miqyasında cəmiyyətlər və iqtisadiyyatlar üzərində ağır fəsadlar yaradacağı xəbərdarlığını edir. Cənub-Şərqi Asiyada meşə yanğınlarının genişlənməsi, Cənubi Amerikada şiddətli daşqınların baş verməsi və Hindistanda musson yağışlarının zəifləməsi artıq ciddi böhranlara yol açır.

Ümumdünya Ərzaq Proqramı bu kəskin təbiət hadisəsinin təxminən 50 milyon insanı kəskin aclıq təhlükəsi ilə üz-üzə qoyacağını proqnozlaşdırır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti