Bakı. Trend:
ABŞ Natanza yaxınlığında, Kolanq Qaz-La dağı altında yerləşən və İranın ehtimal olunan nüvə obyekti hesab edilən əraziyə “çox tezliklə” zərbə endirə bilər.
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“Biz [Kirka] dağına çox tezliklə zərbə endirə bilərik. Əgər Kirkada nəsə baş verərsə”, - deyə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Qeyd edək ki, ABŞ-da Kolanq Qaz-La dağ massivi “Kirka” adlandırılır. Tramp son həftələrdə bu cür xəbərdarlıqlarla dəfələrlə çıxış edib.