Tacikistan və Azərbaycan 2025-ci ildə əmtəə dövriyyəsini 84% artırıb – səfir

Siyasət Materials 4 Sentyabr 2026 20:53 (UTC +04:00)
Tacikistan və Azərbaycan 2025-ci ildə əmtəə dövriyyəsini 84% artırıb – səfir
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistan və Azərbaycan arasında əmtəə dövriyyəsi 2025-ci ildə 84 faiz artıb.

Trend-in müxbirinin tədbirdən verdiyi məlumata görə, bunu Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“2025-ci ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi 84 faiz artıb, strateji əhəmiyyətli tranzit daşımaların həcmi isə 50 faiz yüksəlib”, - diplomat bildirib.

Onun sözlərinə görə, ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ 23 may 2024-cü ildə Bakıda Strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması olub.

“Bu sənəd ikitərəfli münasibətləri yeni səviyyəyə çıxarıb və əməkdaşlığın demək olar ki, bütün əsas istiqamətlərini əhatə edir”, - İ. Abdurahmon deyib.

O həmçinin qeyd edib ki, 2026-cı ilin mayında Bakıda Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib. İclasın yekununda Biznes Şurasının yaradılması, qarşılıqlı olaraq illik təhsil kvotalarının ayrılması və praktiki əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı sənədlər imzalanıb.

Səfir vurğulayıb ki, iki ölkənin işgüzar əlaqələrin, sənaye kooperasiyasının və qarşılıqlı investisiyaların genişləndirilməsi üçün əhəmiyyətli potensialı qalır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti