Bakı. Trend:
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi hidrogeoloji layihələri üzrə yerinə yetiriləcək buruq qazma və köməkçi işlərin (yol çəkilməsi, meydança hazırlanması, bərkitmə, su ilə təmin etmə, təcrübi sınaqlaşdırma, rekultivasiya) satın alınması ilə bağlı tender elan edib.
Prosedurda iştirak haqqı 350 manatdır.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 25 sentyabr 2026-cı il saat 17:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 25 sentyabr saat 17:00-da (GMT+4) baş tutacaq.
Əlavə məlumat üçün telefon: (+994) 55 455 41 55
Əlaqədar şəxs: Şahin Ataşov
Email: [email protected]
Ünvan: AZ 1001, Bakı şəhəri Səbail rayonu, İstiqlaliyyət, 31
