Şuşada qaya və daşların üzərinə adların yazılması qəbuledilməzdir - şəhid anası

Cəmiyyət Materials 5 Sentyabr 2026 20:45 (UTC +04:00)
Şuşada qaya və daşların üzərinə adların yazılması qəbuledilməzdir - şəhid anası
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şuşada qaya və daşların üzərinə adların yazılması qəbuledilməzdir.

Bu barədə Trend-ə açıqlamasında şəhid Elmar Nəsibovun anası Sürəyya Nəsibova deyib.

O bildirib ki, Şuşanın hər bir qarışında, həmin daşlarda, qayalarda şəhidlərimizin qanı var.

“O qayalara, daşlara ad yazmaqla nə dəyişəcək? Mən əlbəttə, bunun yalnış olduğunu düşünürəm. O torpaqlar şəhidlərimizin qanı, canı bahasına azad edilib. Belə hallar qəbuledilməzdir”, - deyə o əlavə edib.

Qeyd edək ki, ötən günlərdə sosial şəbəkə platformalarında Şuşa şəhərinə gələn turistlərin qayaların üzərinə müxtəlif yazılar yazaraq həm təbiətə, həm də tarixi əks etdirən qayalara ziyan vurması ilə bağlı görüntülər paylaşılıb.

Xəbər lenti

Xəbər lenti