Bakı. Trend:
Türkiyənin İstanbul şəhərinin Bakırköy rayonunda hoteldə baş vermiş yanğın nəticəsində 12 nəfər xəsarət alıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, 6 mərtəbəli hotelin birinci mərtəbəsində hələlik məlum olmayan səbəbdən yanğın başlayıb. Yanğın qısa müddətdə genişlənərək yuxarı mərtəbələrə yayılıb. Yanğın nəticəsində alov binanın xarici fasadını bürüyüb.
Hadisə ilə bağlı əraziyə yanğınsöndürənlər, polis və tibbi yardım qrupları cəlb olunub.
Yuxarı mərtəbələrdə köməksiz vəziyyətdə qalmış 7 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Yanğında xəsarət alan 12 nəfərə təcili tibbi yardım avtomobillərində ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya göndərilib.
Yanğın nəzarətə götürülərək söndürülüb.
