ABŞ Yaxın Şərqdə müharibədən sonrakı fəaliyyət planı hazırlayır - KİV

Dünya xəbərləri Materials 5 Sentyabr 2026 02:27 (UTC +04:00)
ABŞ Yaxın Şərqdə müharibədən sonrakı fəaliyyət planı hazırlayır - KİV

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla müharibə başa çatdıqdan sonra Yaxın Şərqdə fəaliyyət strategiyası hazırlayır.

Bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, “administrasiya İranın qarşısının alınmasına və İsraillə qonşu ölkələr arasında münasibətlərin normallaşdırılmasının genişləndirilməsinə yönəlmiş müharibədən sonrakı strategiya üzərində çalışır”. Portalın qeyd etdiyi kimi, ABŞ “qarşısının alınması məqsədilə” regional müttəfiqlər birliyi formalaşdırmağa ümid edir və Vaşinqton bu birlikdə qarant rolunu oynayacaq.

Bundan əlavə, Tramp administrasiyası Qəzza sektorundakı münaqişənin nizamlanması planının növbəti mərhələsinə keçmək, həmçinin Suriya ilə İsrail arasında sülh razılaşmalarının əldə olunması və İsraillə Livan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi imkanlarını nəzərdən keçirir. Bununla yanaşı, ABŞ yəhudi dövləti ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşacağına ümid edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti