Uitkoff və Kuşner Moskvaya çatıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2026 12:51 (UTC +04:00)
Uitkoff və Kuşner Moskvaya çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara vasitəçilik edən ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner Moskvaya səfər edib.

Bu barədə Rusiya KİV-ləri yazıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı təklifləri Rusiyaya təqdim etmək üçün Moskvaya səfər edəcəklərini elan etmişdi.

Amerika liderinin sözlərinə görə, nümayəndə heyəti özü ilə “müharibənin dayandırılması ilə bağlı təklif” aparır. Tramp təşəbbüsün yeni olmadığını, lakin Vaşinqtonun sülh prosesi ilə bağlı müəyyən ideyasının olduğunu bildirib. O, təşəbbüsün təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, Uitkoff və Kuşnerin şənbə günü Moskvaya planlaşdırılan səfəri barədə daha əvvəl "Bloomberg" agentliyi məlumat yayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov konkret tarixləri açıqlamaqdan imtina edərək, təmaslar baş tutduqdan sonra bu barədə məlumat veriləcəyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti