PSJ Luis Enrike ilə müqaviləni uzadıb

İdman Materials 5 Sentyabr 2026 02:55 (UTC +04:00)
PSJ Luis Enrike ilə müqaviləni uzadıb

Bakı. Trend:

Fransanın PSJ futbol klubu baş məşqçisi Luis Enrike ilə müqavilənin müddətini 2030-cu ilədək uzadıb.

56 yaşlı ispaniyalı mütəxəssis 2023-cü ildən Paris klubuna rəhbərlik edir.

Onun rəhbərliyi altında PSJ üç dəfə Fransa çempionu olub, həmçinin Çempionlar Liqası və digər mötəbər turnirlərdə titullar qazanıb.

Luis Enrike daha əvvəl “Barselona”, “Roma”, “Selta Viqo” klublarını və İspaniya millisinin çalışdırıb.

Xəbər lenti

Xəbər lenti