Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır - Zelenski

Dünya xəbərləri Materials 5 Sentyabr 2026 20:28 (UTC +04:00)
Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır - Zelenski

Bakı. Trend:

Ukrayna şənbə günündən bazar ertəsi gününə qədər Moskvaya hava hücumlarından çəkinməyə hazırdır. Kiyev Rusiyanın da eyni şəkildə Ukrayna paytaxtına zərbə endirməməsini gözləyir.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski müraciəti zamanı deyib.

Prezidentin sözlərinə görə, o, artıq Rusiya tərəfi ilə işləməyə başlayan ABŞ Prezidentinin nümayəndələri ilə danışıb.

“Həmin söhbətdən bəri hər iki tərəf danışıqlar prosesində iştirak edən şəhərlərə qarşı hava hücumlarında atəşkəsə riayət etməyə hazırdır. Ukraynanın diplomatik səyləri eyni dərəcədə güclü və effektiv olacaq. Kiyevdə sabah üçün Amerika komandasının iştirakı ilə diplomatik fəaliyyət planı artıq təsdiqlənib. Biz Stiv Uitkov və Cared Kuşneri gözləyirik və əsaslı müzakirəyə hazırıq", - deyə Prezident əlavə edib.

Xəbər lenti

Xəbər lenti