...

İran silahlı qüvvələri terrorçuların Pakistandakı qərargahına zərbələr endirib

Gündəm Materials 16 Yanvar 2024 22:22 (UTC +04:00)
İran silahlı qüvvələri terrorçuların Pakistandakı qərargahına zərbələr endirib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran silahlı qüvvələri "Ceyş əl-Ədl" terrorçu qruplaşmasının iki qərargahına zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə İranın "Tasnim" agentliyi xəbər verib.

Məlumata əsasən, Pakistan ərazisində yerləşən qərargahlara zərbələr endirmək üçün pilotsuz uçuş apartları və raketlərdən istifadə edilib. Əməliyyat barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, yanvarın 10-na keçən gecə “Ceyş əl-Ədl” qruplaşmasının terrorçuları İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Rask və Cənqəl şəhərləri arasında nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Hücum nəticədə bir polis əməkdaşı həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti