...

Bakıda kriminal aləmin nümayəndələrinə qarşı əməliyyat başladı, saxlanılanlar var

Hadisə Materials 18 Avqust 2020 14:18 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda restoranlardan birində əməliyyat keçirib.
Bakıda kriminal aləmin nümayəndələrinə qarşı əməliyyat başladı, saxlanılanlar var

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda restoranlardan birində əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat kriminal aləmin nümayəndələrinə qarşı keçirilb. Əməliyyat zamanı xeyli şəxsin saxlanıldığı bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Trend-ə bildirib ki, hazırda əməliyyat davam edir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti