...

Azərbaycan və Çin arasında Ratifikasiya sənədlərinin mübadiləsi haqqında Protokol imzalanıb

Siyasət Materials 1 Noyabr 2010 17:13 (UTC +04:00)
"Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında Müqavilə"nin Ratifikasiya sənədlərinin mübadiləsi haqqında Protokol imzalanıb.
Azərbaycan və Çin arasında Ratifikasiya sənədlərinin mübadiləsi haqqında Protokol imzalanıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir S.Ağayeva/

"Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında Müqavilə"nin Ratifikasiya sənədlərinin mübadiləsi haqqında Protokol imzalanıb.

Bu protokol bazar ertəsi Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Janq Yannianı qəbulu zamanı imzalanıb. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

17 mart 2005-ci il tarixində imzalanmış bu Müqavilə müvafiq müddəalarına uyğun olaraq Ratifikasiya sənədlərinin mübadiləsi tarixindən otuz gün sonra, yəni cari ilin dekabrın 1-dən qüvvəyə minəcək.

Görüş zamanı Xələfov Şanxay şəhərində keçirilmiş EXPO-2010 Dünya sərgisinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Xələfov qeyd olunan sərgi çərçivəsində böyük uğurla keçirilmiş Azərbaycan günlərinin təşkil olunmasında Çin tərəfinin buna lazımi şərait yaratmasına görə həmsöhbətinə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının EXPO-2010 Dünya sərgisində iştirakının bu tədbirin ümumi müvəffəqiyyətinə dəyərli töhfə olduğunu qeyd edən Yannian Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti