...

Batumidə azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım mərasimi keçirilib

Siyasət Materials 31 Mart 2011 19:32 (UTC +04:00)
31 mart - azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunda anım mərasimi keçirilib.
Batumidə azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 31 mart /Trend/

31 mart - azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunda anım mərasimi keçirilib. Bu barədə cümə axşamı Trend-ə Baş Konsulluqdan məlumat verilib.

Mərasimdə Acarıstan Muxtar Respublikası hökuməti aparatının və nazirliklərin məsul əməkdaşları, Batumi şəhər şurasının deputatları, Batumi şəhərində akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Acarıstan ziyalıları, Azərbaycan icmasının nümayəndələri, habelə kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Baş konsul Hüseyn Nəcəfov ermənilərin Azərbaycan xalqına qarşı tarix boyu törətdiyi dəhşətli cinayətlər, soyqırımın səbəbləri və ağır nəticələri barədə geniş məlumat verib. O, 31 mart azərbaycanlıların soyqırımı gününün yalnız ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra təsis edildiyini qeyd edərək, azərbaycanlıların soyqırımına əsl siyasi-hüquqi qiymət verildiyini, Azərbaycan həqiqətlərinin dünya dövlətlərinə və beynəxalq ictimayyətə çatdırılması üçün təsirli tədbirlərin həyata keçirildiyini xüsusilə vurğulayıb.

Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış soyqırımı əks etdirən "Həqiqət - olduğu kimi" ("Правда как есть") sənədli filmi nümayış etdirilib.

Azərbaycanlıların soyqırımı günü ilə bağlı press-reliz və Quram Marxuliyanın müəllifi olduğu "Армяне в поисках Армении" kitabları Batumidə akkreditə olunmuş diplomatik korpusa, kütləvi informasiya vasitələri və diaspor nümayəndələrinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti