Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıtması mümkündür. Bu barədə çərşənbə günü Trend-ə AMİP-in mətbuat katibi Əli Orucov məlumat verib.
"Azərbaycanda siyasi proseslərin getdikcə sürətlənməsi Etibar Məmmədovun aktiv siyasətə qayıtmasını labüd edir", - Orucov Əlavə edib.
Qeyd olunan məsələ ilə bağlı Etibar Məmmədovun özü ilə əlaqə saxladıq. Məmmədov Trend-ə açıqlamasında məlumatı nə təsdiq, nə də təkzib etdi.
"Belə bir fikir səsləndirilibsə, bu fikri dəyərləndirməyi sizin öhdənizə buraxıram. Özünüz prosesləri dəyərləndirib nəticə çıxara bilərsiniz", - Məmmədov vurğulayıb.
Etibar Məmmədov Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən və müstəqillik aktına imza atan siyasətçilərdəndir. O, 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılıarından biri olub və partiyanın ilk sədri seçilib.
2005-ci il parlament seçkilərindən sonra Məmmədov aktiv siyasətdən uzaqlaşıb.
AMİP lideri Etibar Məmmədov yenidən aktiv siyasətə qayıdır
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıtması mümkündür.
