...

Millət vəkili Sevil Mikayılova Xudatda şəhid ailələri ilə görüşüb (FOTO)

Siyasət Materials 28 Yanvar 2021 11:19 (UTC +04:00)
Millət vəkili Sevil Mikayılova Xudatda şəhid ailələri ilə görüşüb (FOTO)

Bakı. Trend:

56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevil Mikayılova Xaçmaz və Xudatda olub.

Trend-in məlumatına görə, millət vəkili Xaçmazda Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri qoyub.

Daha sonra S.Mikayılova Xudatda Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşüb. Vətən müharibəsində şəhid olanların heç vaxt unudulmayacağını, həyat yolları və amallarının gələcək nəsillər üçün örnək olacağını vurğulayan millət vəkili şəhid və qazi ailələrinin problemlərinin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən xüsusi diqqətdə saxlandığını bildirib.

Görüşdə şəhid ailələrini maraqlandıran suallara aydınlıq gətirilib və müəyyən məsələlər yerində öz həllini tapıb.

Şəhidlərin valideynləri, doğmaları dövlət tərəfindən onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti