...

İmzalanmış Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə kömək edəcək - Kadri Simson

Siyasət Materials 25 Aprel 2023 14:36 (UTC +04:00)
İmzalanmış Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə kömək edəcək - Kadri Simson
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Sofiya. Trend:

Sofiyada imzalanmış “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə kömək edəcək.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonun videomüraciətində deyilir.

O, Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu qeyd edib.

"Bu Anlaşma Memorandumu böyük əhəmiyyət kəsb edir. Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut etdi. Avropa Komissiyası bundan sonra da Azərbaycanla çalışacaq. Azərbaycan etibarlı tərəfdaşdır", - o deyib.

K.Simson 2022-ci ilin Aİ üçün çox çətin keçdiyini əlavə edib.

"Lakin Aİ sürətli, qətiyyətli və effektiv reaksiya verdi. Aİ enerji təhlükəsizliyini təmin etdi, diversifikasiya rekord səviyyədə qısa müddətdə baş verdi. Qaza tələbat son 5 illə müqayisədə 18% azaldı", - o deyib.

K.Simsonun sözlərinə görə, xüsusən Şərqi Avropa üçün qeyri-Rusiya mənbələrindən layihələrə investisiyalar davam etdirilməlidir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti