...

Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoq davamlı sülhün açarıdır - ABŞ Dövlət Departamenti

Siyasət Materials 7 İyun 2023 22:03 (UTC +04:00)
Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoq davamlı sülhün açarıdır - ABŞ Dövlət Departamenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoq davamlı sülhün açarıdır.

Trend xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib.

"Heç bir cədvəl məlumatını və ya hər hansı mümkün tarixləri təsdiqləmək və ya təklif etmək fikrində deyiləm. Tərəflər Cənubi Qafqaz regionunda dinc gələcək üçün çalışdıqları üçün biz Vaşinqtonda növbəti danışıqlar raundunu səbirsizliklə gözləyirik. Biz əvvəlki kimi inanırıq ki, birbaşa dialoq davamlı və layiqli sülhə nail olmaq üçün açardır", - deyə o bildirib.

Xatırladaq ki, mayın 1-də ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində hər iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib.

Nazirlər mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, həmçinin münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini açıqlayıblar. Nazirlər və onların komandaları sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı anlaşma əldə ediblər, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olduğunu etiraf ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti