...

Kazana uçan təyyarə Bakıya məcburi eniş etdi

Siyasət Materials 20 Yanvar 2026 01:01 (UTC +04:00)
Kazana uçan təyyarə Bakıya məcburi eniş etdi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“FlyDubai” aviaşirkətinə məxsus, Dubay — Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Trend-ə verilən məlumata görə, “Boeing 737” tipli hava gəmisi yerli vaxtla saat 00:04-də Bakı hava limanına uğurla eniş edib.

Hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə səfərbər edilib və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun şəkildə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti