...

Azərbaycanın qadın jurnalistləri həbsdə saxlanılan şairlərin azad olunması üçün İran hökumətinə müraciət edib

Cəmiyyət Materials 19 İyul 2012 17:34 (UTC +04:00)
Azərbaycanın qadın jurnalistləri İranda qanunsuz olaraq həbsdə saxlanılan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin azad olunması üçün beynəlxalq təşkilatlara və İranın hakim dairələrinə müraciət qəbul edib.
Azərbaycanın qadın jurnalistləri həbsdə saxlanılan şairlərin azad olunması üçün İran hökumətinə müraciət edib

Azərbaycan, Bakı, 19 iyul / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın qadın jurnalistləri İranda qanunsuz olaraq həbsdə saxlanılan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin azad olunması üçün beynəlxalq təşkilatlara və İranın hakim dairələrinə müraciət qəbul edib.

Trend-in məlumatına görə, bu gün Jurnalist Qadınlar Assosiasiyası ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Milli Mətbuatın yaranmasının 137-ci il dönümü münasibətilə keçirilən tədbirində BMT-nin, İSESCO-nun rəhbərliyinə, İran Prezidentinə və ali dini rəhbərinə müraciət qəbul olunub.

"Ailə, qadın və uşaq məsələlərinin işıqlandırılmasında mətbuatın maarifləndirici rolu" mövzusunda keçirilən konfransda Azərbaycan mətbuatının hazırkı durumu, qadınların mətbuatın inkişafında rolu, bu sahədəki problemlər müzakirə olunub.

Komitənin sədri Hicran Hüseynova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Prezidenti yanında KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərli, millət vəkilləri Qənirə Paşayeva, Elmira Axundova, Jalə Əliyeva, Gülər Əhmədova mətbuatın cəmiyyətdəki rolundan, onun maarifçilik missiyasından, mətbuata dövlət dəstəyindən söhbət açıblar.

Çıxış edənlər mətbuatın ailə, qadın və uşaq problemlərini hər zaman diqqətdə saxlamasını, bu sahədə ciddi araşdırmalar aparmasını vacib sayıb və jurnalistlərə tövsiyələr veriblər.

Xəbər lenti

Xəbər lenti