...

İtaliya limanının prezidenti Bakı limanı haqqında: Regional miqyaslı qovşağa çevrilməlidir

Cəmiyyət Materials 10 May 2018 11:57 (UTC +04:00)
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı öz coğrafi mövqeyinin unikal üstünlüklərindən yararlanmalı və regional miqyaslı qovşağa çevrilməlidir.
İtaliya limanının prezidenti Bakı limanı haqqında: Regional miqyaslı qovşağa çevrilməlidir

Bakı. Maksim Tsurkov - Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı öz coğrafi mövqeyinin unikal üstünlüklərindən yararlanmalı və regional miqyaslı qovşağa çevrilməlidir.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Dünya Limanlar Konfransında İtaliyanın Triyest limanının prezidenti Dzeno d’Aqostino deyib.

O qeyd edib ki, limanın əlverişli mövqeyi onun nəqliyyat qovşağı qismində inkişafına təsir edən ən əsas amillərdən biridir:

“Bakıda bunun üçün zəruri amillər var. Liman ticarət yollarınım kəsişməsində yerləşən mövqeyindən yararlanmalıdır. Mənə məlum olduğu qədər artıq hüquqi baza da yaradılıb. Gömrük işini təşkil etmək və limanı müxtəlif terminallara inteqrasiya etmək lazımdır ki, gələcəkdə liman regional miqyaslı qovşağa çevrilsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti