...

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb

Cəmiyyət Materials 27 Oktyabr 2018 00:18 (UTC +04:00)
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb

Bakı. Trend:

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.

Trend-in məlumatına görə, jurnalın yeni sayında Firuzə Məmmədli, Sabir Yusifoğlu, Aasif Asiman, Ramiz Orsər, Qədiməli Əhməd, Musa Ələkbərli, Zeynalabdin Novruzoğlu, Aybəniz Əliyar, Namiq Zaman, Azər Laçınlı, Nurəngiz Gün, Orxan Paşanın şeirləri dərc olunub.

Mənzər Niyarlının "Vətəndən Vətənə" povesti, Qəşəm Nəcəfzadənin, Azər Qismətin hekayələri də jurnalın bu sayında oxuculara təqdim olunacaq.

Yeni sayda Tofiqli Məlikli - Ömür yolum, taleyim, Əhməde Həppo - Üç sütun, Südabə Ağabalayeva - “Mənə ağlamağı öyrətmə, zalım”, Vaqifli Yusifli - Məsud Əlioğlu: 90 ilin yarısı yazıları yer alıb.

Yeni tərcümələrdə Təranə Vahid və Knyaz Qoçaq təqdim edirlər:

Bəxtiyar Aslan- Hekayələr

İvan Şyolokov - Şeirlər

Jurnalda Tənqidçi Nərgiz Cabbarlının akademik İsa Həbibbəyli ilə söhbəti oxuculara təqdim olunur.

Ədəbi söhbətlərdə Günel Natiq Fransuaza Saqanı tanıdır

Tənqid və ədəbiyyatşünaslıq rubrikasında İradə Musayeva Azərbaycan romanının klassik mənşəyi haqqında yazır.

Tofiq Cavad oğlu Mahmudovun unudulmaz xatirəsinə - "Azərbaycan” jurnalının əməkdaşları jurnalın məsul katibi Tofiq Mahmudovu anırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti