...

Şagirdlərin qış tətilinin vaxtı açıqlandı

Cəmiyyət Materials 21 Yanvar 2021 16:25 (UTC +04:00)
Şagirdlərin qış tətilinin vaxtı açıqlandı

Bakı. İlhamə İsabalayeva – Trend:

Yanvarın 27-də şagirdlərin qış tətili başlayacaq.

Trend-in məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, qış tətili fevralın 1-dək davam edəcək. Həmin gün tədris ilinin ikinci yarım ili başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti