Bakı. Trend:
Şimal-Cənub və Şərq-Qərb dəhlizləri bütün region ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir.
Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi bu gün Bakıda İran İslam İnqilabının qələbəsinin 45-ci illiyi ilə əlaqədar təşkil olunan tədbirdə deyib.
Səfir deyib ki, İranın milli mənafei və məqsədi hər zaman dost dövlətlərdə və regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi və mövcud olması yönündədir. İranın arzusu qonşu və qardaş Azərbaycan üçün sülh, əmin-amanlıq və sabitlikdən ibarətdir.
"İki ölkənin yüksək rütbəli rəsmiləri arasında sıx əlaqələr, siyasi, hərbi, iqtisadi nümayəndə heyətlərinin çoxsaylı qarşılıqlı səfərləri və görüşləri bir tərəfdən əlaqələrin yüksək səviyyəsindən xəbər verir, digər tərəfdən isə bu münasibətlərə güclü dəstək verir. Bu münasibətlər eyni zamanda ikitərəfli əməkdaşlığın davam etdirilməsinə və genişlənməsinə töhvə verir", - deyə o qeyd edib.
Musəvi qeyd edib ki, ümid edilir ki, iki ölkə arasında güzəştli ticarət sazişinin imzalanması və yaxın gələcəkdə 16-cı İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının keçirilməsi ilə iki ölkə arasında mövcud yüksək səviyyəli siyasi əlaqələr ilə paralel olaraq digər sahələr o cümlədən iqtisadi və ticarət əlaqələridə inkişaf edəcəkdir.
Onun sözlərinə görə, buna sübut kimi onlarla siyasi, iqtisadi və hərbi yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, İran və Azərbaycanın müxtəlif yüksək dövlət orqanları arasında çoxsaylı onlayn görüşləri, Azərbaycanda çoxlu sayda ikitərəfli sazişlər və layihələri qeyd edə bilərik. Müxtəlif iqtisadi, ticarət, sənaye, kənd təsərrüfatı və təhsil sahələri, o cümlədən Şimal-Cənub və Şərq-Qərb dəhlizi layihələri bütün region, xüsusilə də Cənubi Qafqaz üçün mühüm əhəmiyyət kəsb edir.
İranlı səfir əlavə edib ki, hər iki tərəfdə koronavirusla mübarizənin düzgün idarə olunması nəticəsində, nəqliyyat, energetika və sənayenin müxtəlif sahələrində bir sıra birgə layihələrin həyata keçirilməsi daha sürətlə baş tutmuşdur və iki ölkə birlikdə malların və dünyanın enerji təchizatının, xüsusən də Avropanın ehtiyac duyduğu qazın tranzitində mühüm rol oynayır.