...

Moldova Azərbaycanla uzunmüddətli qaz müqavilələrinin bağlanmasına böyük maraq göstərir - Moldova baş naziri (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 19 Fevral 2025 08:00 (UTC +04:00)
Moldova Azərbaycanla uzunmüddətli qaz müqavilələrinin bağlanmasına böyük maraq göstərir - Moldova baş naziri (ÖZƏL MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Moldova Azərbaycanla uzunmüddətli qaz müqavilələrinin bağlanmasına böyük maraq göstərir.

Bunu Trend-ə Moldova Respublikasının baş naziri Dorin Reçan Cənub Qaz Dəhlizinin Müşavirə şurasının aprelin 4-də Bakıda keçirilməsi gözlənilən iclası ilə bağlı özəl müsahibəsində bildirib.

O qeyd edib ki, son vaxtlara qədər Moldova Respublikası yeganə qaz tədarükü mənbəyindən, daha dəqiq desək, “Qazpromla” müqavilədən (“Moldovqaz” SC vasitəsilə) çox asılı vəziyyətdə olub.

“Ancaq Yassı-Ungeni-Kişinyov qaz kəmərinin inşasının başa çatdırılması və bizim ENTSOG-a (European Network of Transmission System Operators for Gas— Avropa qaz nəqli operatorlarının birliyi) inteqrasiyamızdan sonra Moldova öz enerji müstəqilliyini bərpa edib və yeni tədarük mənbələri və tranzit marşrutlarını tədqiq etməyə davam edir”,- deyə Reçan bildirib.

Baş nazir qeyd edib ki, Cənub Qaz Dəhlizinin Müşavirə Şurasının iclasında Moldovanın gündəmə gətirəcəyi əsas prioritetlər bunlar olacaq:

- Enerji müstəqilliyi və Moldovanın dayanıqlığının artırılması üçün tədarük marşrutları və mənbələrinin şaxələndirilməsi

- Enerji təhlükəsizliyi və dayanıqlılıq, ölkə vətəndaşlarının fasiləsiz və əlçatan şəkildə enerji resursları ilə təmin olunması

- Cənub Qaz Dəhlizi və Transbalkan Qaz Dəhlizi çərçivəsində regional əməkdaşlığın gücləndirilməsi

“Bu gün Moldova daha enerji baxımından həsass və ya şantaja məruz qalan bir dövlət deyil və biz bu stabilliyi qoruyub-saxlamaq niyyətindəyik. Moldova bizim strateji enerji təhlükəsizliyimizə uyğun gələn tədarüklər haqda uzunmüddətli tədarük haqqında müqavilələrin və yeni enerji tərəfdaşlıqlarının müzakirəsinə əvvəlki kimi açığıq. Moldova Respublikası ilə Avropa İttifaqı arasında bağlanmış Niyyət məktubu çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklər enerji resurslarının şaxələndirilməsi və regional əməkdaşlığa olan sadiqliyimizi təsdiq edir.

Biz Cənub Qaz Dəhlizinin (CQD) və onun Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsindəki rolunun genişləndirilməsini qətiyyətli şəkildə dəstəkləyirik. Moldova alternativ tədarük marşrutları ilə əlaqələrini genişləndirməklə, o cümlədən CQD çərçivəsində həyata keçirilən tərəfdaşlıq yolu ilə öz enerji müstəqilliyini möhkəmləndirməyə can atır”, - deyə Reçan bildirib.

Baş nazirin sözlərinə görə, Moldova Mərkəzi və Cənub-Şərqi Avropa Qaz Nəqli Şəbəkəsi Təşəbbüsündə (CESEC) iştirakı sayəsində bu gün regional enerji təhlükəsizliyi arxitekturasının fəal iştirakçısı və Cənub Qaz Dəhlizi ilə Trans-Balkan dəhlizinin əsas tranzit ölkələrindən biri hesab olunur.

“Moldova vətəndaşların fasiləsiz və etibarlı şəkildə qazla təmin olunması üzrə strategiyamız çərçivəsində Azərbaycanla uzunmüddətli qaz müqavilələrinin bağlanmasına böyük maraq göstərir. Biz Moldovanın daha geniş enerji şaxələndirilməsi strategiyasına uyğun olaraq, öz dövlət qaz təchizatı şirkətimiz olan SA Energocom vasitəsilə sabit həcmlərin təmin olunması ilə bağlı imkanları araşdırırıq. Moldova etibarlı enerji tərəfdaşı kimi Azərbaycanın rolunu yüksək qiymətləndirir və bu sahədə ikitərəfli əməkdaşlığı möhkəmləndirməyə ümid bəsləyir”, - deyə o bildirib.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti