...

Beynəlxalq Valyuta Fondu Azərbaycanın ÜDM-i ilə bağlı 2031-ci ilə qədər olan proqnozlarını açıqlayıb

İqtisadiyyat Materials 29 Aprel 2025 11:17 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu Azərbaycanın ÜDM-i ilə bağlı 2031-ci ilə qədər olan proqnozlarını açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən, Azərbaycanın nominal ÜDM-i 2030-cu ilə qədər müsbət dinamika nümayiş etdirməklə, 171,522 milyard manata çatacaq.

Trend xəbər verir ki, BVF-nin Azərbaycanın 2025-2030-cu illər üzrə nominal ÜDM ilə bağlı proqnozları:

İl

Nominal ÜDM

Neft-Qazdan asılı olmayan nominal ÜDM

2025

134,078 milyard manat ($78,870 mlrd)

94,674 milyard manat

2026

139,182 milyard manat ($81,872 mlrd)

102,595 milyard manat

2027

145,847 milyard manat ($85,792 mlrd)

110,434 milyard manat

2028

153,556 milyard manat ($90,327 mlrd)

118,825 milyard manat

2029

162,135 milyard manat ($95,373 mlrd)

127,903 milyard manat

2030

171,522 milyard manat ($100,895 mlrd)

137,675 milyard manat

BVF proqnozlaşdırır ki, Azərbaycanda ÜDM-in real artımı 2025-ci ildə 3,5 faiz olacaq, 2026-cı ildə 2,5 faizə düşəcək, 2027–2028-ci illərdə 2,4 faiz səviyyəsində sabitləşəcək və 2029–2030-cu illərdə yenidən 2,5 faizə yüksələcək.

Proqnozlara əsasən, neft-qazdan asılı olmayan sektorda ÜDM-in artımı 2025-ci ildə 4,5 faiz, 2026-cı ildə 3,7 faiz olacaq və 2027–2030-cu illər ərzində 3,5 faiz səviyyəsində sabit qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti