...

Dünya Bankı Azərbaycanda karbonsuzlaşdırmaya dəstək olmaq məqsədilə "Azeraluminium"da enerji auditi həyata keçirir

İqtisadiyyat Materials 4 Sentyabr 2025 12:34 (UTC +04:00)
Dünya Bankı Azərbaycanda karbonsuzlaşdırmaya dəstək olmaq məqsədilə "Azeraluminium"da enerji auditi həyata keçirir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankının Azərbaycana davam edən texniki dəstəyi çərçivəsində və yerli tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində Gəncə şəhərində yerləşən “Azeraluminium” MMC-nin istehsalat obyektində enerji auditi həyata keçirilib.

Trend bu barədə Dünya Bankına istinadən xəbər verir.

Bankın məlumatına görə, audit ölkədə sənayenin karbonsuzlaşdırılmasının təşviqinə ümumi səyin bir hissəsi olaraq aparılıb.

Bildirilir ki, tədbirin məqsədi ölkənin ən böyük alüminium istehsalı müəssisəsində enerji səmərəliliyinin artırılması və istixana qazı (İQ) emissiyalarının azaldılması üçün praktik imkanların müəyyən edilməsinə kömək etmək olub.

Məlumata əsasən, bu fəaliyyət Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən icra olunan Azərbaycan sürətli texniki yardım mexanizmi (AZTAF) çərçivəsində həyata keçirilib. AZTAF Azərbaycan hökumətinə tikinti sektorunda, o cümlədən, sənaye və kommersiya obyektlərində enerji səmərəliliyinin artırılmasında dəstək göstərir, eləcə də, maraqlı tərəflərin enerji qənaəti tədbirlərinin icrası və maliyyələşdirilməsi imkanlarını gücləndirir.

“Məlumatda deyilir ki, Dünya Bankının komandası fəaliyyətə Bakıda keçirilən görüşlə başlayıb. Görüşdə "Azeraluminium" MMC, Azərbaycan İnvestisiya Holdinqi və Almaniyanın CMMC konsaltinq şirkətinin nümayəndələri iştirak ediblər. Daha sonra Gəncədəki zavodda komanda əməliyyat proseslərini təhlil edərək, enerji qənaəti üzrə praktik tədbirlərin müəyyənləşdirilməsi və xərc-fayda təhlilinin həyata keçirilməsi məqsədilə birgə texniki qiymətləndirmə aparıb.

Yekun hesabat isə Azərbaycanda sənaye sektorunun enerji səmərəliliyinin artırılması və karbonsuzlaşdırmanın sürətləndirilməsinə yönəlmiş gələcək investisiyalar və siyasət tövsiyələri üçün model rolunu oynayacaq”, – məlumatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti