...

Qazaxıstan və İordaniya dövlət başçıları iqtisadi əməkdaşlığın stimullaşdırılması barədə razılaşıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2009 12:42 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və İordaniya kralı II Abdulla çərşənbə axşamı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və iki ölkə arasında iqtisadi əməkdaşlığın stimullaşdırılması üzrə konkret planların hazırlanması barədə razılıq əldə ediblər. Sixua İordaniyanın Petra agentliyinə istinadən bildirib.
Qazaxıstan və İordaniya dövlət başçıları iqtisadi əməkdaşlığın stimullaşdırılması barədə razılaşıblar

Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir R.Daraxşan /

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və İordaniya kralı II Abdulla çərşənbə axşamı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və iki ölkə arasında iqtisadi əməkdaşlığın stimullaşdırılması üzrə konkret planların hazırlanması barədə razılıq əldə ediblər. Sixua İordaniyanın Petra agentliyinə istinadən bildirib.

İordaniyanın paytaxtı Ammanda keçirilən danışıqlarda iki ölkənin dövlət başçıları energetika, turizm, kənd təsərrüfatı, əcazçılıq və yeyinti sənayesi sahələrində təşviq proqramlarının inkişafı üzrə çıxış edib.

Qazaxıstan Prezidenti və İordaniya kralı həmçinin səhiyyə, tikinti və müdafiə sənayesi sahələrində əməkdaşlığı nəzərdən keçiriblər.

Kral II Abdulla və Nursultan Nazarbayev arasındakı danışıqlarda həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərə toxunulub, o cümlədən Fələstin-İsrail sülh danışıqlarının bərpası üzrə səylər nəzərdən keçirilib.

İki ölkə lideri mövcud problemləri aradan qaldırmaq məqsədilə müsəlman dövlətləri arasında əməkdaşlığa çağırıb.

Xəbər lenti

Xəbər lenti