Gürcüstan, Tbilisi, 1 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Daxili İşlər Nazirliyi xarici vətəndaşlar tərəfindən Gürcüstanın dövlət sərhədini keçməsi barədə son məlumatları dərc edib.
Gürcüstan DİN-dən Trend-ə verilən məlumata əsasən, cari ilin 11 ayının göstəriciləri üzrə müsafirlərin sayı 2010-cu ilin göstəricilərini üstələyir.
Müvafiq olaraq, cari ilin yanvar-noyabrında Gürcüstanın dövlət sərhədini 2 537 713 müsafir keçib, 2010-cu ildə onların sayı 2 031 717 nəfər, 2009-cu ildə isə 1 5000 049 nəfər təşkil edib.
Müxtəlif ölkələr üzrə statistikada Türkiyə liderlik edir. Cari ilin ilk 11 ayı ərzində Türkiyədən Gürcüstana 645 688 vətəndaş səfər edib. İkinci yerdə Azərbaycan (643 299 vətəndaş), üçüncü yerdə Ermənistan (626 162 vətəndaş), dördüncü yerdə isə Rusiya (255 831 vətəndaş) gəlir.