...

TAP konsorsiumu tender çərçivəsində satın alınacaq qazın həcmini açıqlayıb

Energetika Materials 8 Avqust 2022 13:25 (UTC +04:00)
TAP konsorsiumu tender çərçivəsində satın alınacaq qazın həcmini açıqlayıb

Trend-i buradan izləyin

Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik boru kəməri (TAP) yaxın zamanlarda TAP obyektlərinin istismarı üçün zəruri qaz tədarükü ilə bağlı tender elan edəcək.

Trend bu barədə konsorsiuma istinadən məlumat verir.

Qeyd olunur ki, TAP AG 2022-ci il noyabrın 11-də müqavilə imzalayacaq. Tədarük müddəti 2023-cü il yanvarın 1-dən sentyabrın 30-dək əhatə edəcək.TAP-ın qərarına əsasən bu müddət daha bir qaz ili (30 sentyabr 2024 - 30 sentyabr 2025) uzadıla bilər.

Melendunyo və ya Nea Mesimvriyada birləşmə nöqtələri vasitəsilə tədarük olunacaq qazın ümumi həcmi bir qaz ili üçün maksimum 2 milyon meqavatt/saat və ya sutkada 8 min meqavatt/saatdır.

Melendunyoda təkrar tədarük məntəqəsinə çatdırılacaq qazın həcmi bir qaz ili üçün 3 410 meqavatt/saat və sutkada 20 meqavatt/saatadək olacaq.

TAP bu cür tenderi üçüncü dəfədir ki, keçirir. Birinci tender 2020-ci ilin iyununda, ikincisi 2021-ci ilin mayında baş tutub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti